Xəzər Xəbər

Bayram günlərində Bakı-Qəbələ marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq

Cəmiyyət | 12:01 • 29 Mart 2024
Bayram günlərində Bakı-Qəbələ marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq

Ramazan bayramı ilə əlaqədar 10-14 aprel tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Xezerxeber.az-a verilən məlumata görə, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri ləğv edilir. Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək. 

Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024