Xəzər Xəbər

İrandan növbəti NARKOTİK keçirilməsinin qarşısı alınıb DSX

Cəmiyyət | 11:36 • 7 İyun 2023
İrandan növbəti NARKOTİK keçirilməsinin qarşısı alınıb

İrandan Naxçıvana narkotik keçirilməsinin qarşısı alınıb.

Xezerxeber.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən məlumata görə, iyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmış və ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti