Xəzər Xəbər

Azərpoçt bayram günlərində işləyir QRAFİK

Cəmiyyət | 11:25 • 18 Mart 2023
Azərpoçt bayram günlərində işləyir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Novruz bayramı ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

MMC-dən Xezerxeber.az-a bildirilib ki, martın 25-də respublika üzrə bütün poçt şöbələri adi iş rejimində işləyəcək.

Martın 20, 21, 22, 23, 24 və 26-da növbətçi poçt şöbələri aşağıdakı rejimdə xidmət göstərəcək.

- Mərkəzi Poçt Şöbəsi saat 09:00-18:00;

- 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi saat 10:00-17:00;

- 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-17:00;

- 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri saat 10:00-17:00;

- 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi saat 09:00-17:00;

- Regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00.

İstehsalat zərurəti ilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66, 108 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin ediləcək.

Xəbər lenti