Xəzər Xəbər

Ölkə üzrə 21 minə yaxın şəxs qripə qarşı vaksin olunub

Cəmiyyət | 11:34 • 26 Yanvar 2023
Ölkə üzrə 21 minə yaxın şəxs qripə qarşı vaksin olunub

Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.

Xezerxeber.az xəbər verir ki, Bakı şəhəri üzrə bu rəqəm 4862 nəfər təşkil edib. Şəmkir, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır.

Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.

Qripə yoluxan şəxslərə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur. Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.

İnfluenzaya yoluxan xəstələrə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə mütləq həkimə müraciət etmələri tövsiyə olunur.

Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar. Vaksin vurdurmaq istəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsələrinə müraciət edə bilərlər. Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub.

Rubrikanın digər xəbərləri

DYP-dən sürücülərə
DYP-dən sürücülərə xəbərdarlıq
19:30 • 28 Aprel 2024
Sabah Bakıda 30 dərəcə isti olacaq
Sabah Bakıda 30 dərəcə isti olacaq PROQNOZ
12:30 • 28 Aprel 2024
Yevlaxda avtoxuliqanlıq edən şəxs
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLİB
10:58 • 28 Aprel 2024
Bakıda 56 yaşlı qadını avtomobil
Bakıda 56 yaşlı qadını avtomobil Vurdu
08:59 • 28 Aprel 2024
Abşeronda tanışını yumruqla öldürən şəxs
Abşeronda tanışını yumruqla öldürən şəxs saxlanılıb
19:15 • 27 Aprel 2024
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024