Xəzər Xəbər

ATU - nun 2 dosentinin meyiti tapıldı - Yeni təfərrüatlar

Veb TV | 19:30 • 6 Fevral 2014
ATU - nun 2 dosentinin meyiti tapıldı - Yeni təfərrüatlar

Əvvəlcə telefon və qapının zənginə cavab vermədiklərindən mənzilə girə bilməyən övladları, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə müraciət edib. Xilasedicilər də evə eyvandan girərək qapını açıblar.

Gördükləri mənzərədən şoka düşən ailə hələ də hadisənin necə baş verdiyini anlaya bilmir. Elə mərhumların iş yoldaşları da gözəl insanları itirdiklərinə təəssüf edirlər. Dedilər, həmin gün onlar göz həkiminə gedəcəklərindən səhər işə gəlməyəcəklərini bildirmişdilər. Ona görə də biz universitetdə hadisə baş verən gün Həqiqət xanımın və Nizami müəllimin yolunu gözləmirdik. Amma daha nə biləydik ki , həmin vaxt onlarin başina bəla gəlib.

Tibb universitetinin müəllimi, Rafael Musayev: “Həqiqət xanım mənim müəllimim olub. Mənim o xatirimdədi. Kafedranın sevimlisi idi. Bu tibb universitetinin böyük itkisidir”.

Öyrəndik ki, 74 yaşlı cütlük elə işlədikləri Tibb Universitetində bir qrupda oxuduqları müddətdə bir birini sevib ailə qurub. Elə Nizami müəllim də həmişə dostlarına, Həqiqət xanımı itirsəm, yaşaya bilmərəm, deyirmiş. Ən böyük arzuları eyni vaxtda dünyalarını dəyişmək imiş. Bu da son. İndi övladları öləndə də onları ayırmayaraq bir yerdə dəfn edəcək.
Allah rəhmət eləsin.

Amma qış hələ bitmədiyindən dəm qazından dünyasını dəyişənlərin də olacağı istisna olunmur. Elə bir neçə gün öncə, dövlət Yanğın Nəzarəti Xidməti yanvar ayı ərzində baş verən yanğın və partlayışların 50 %-nin elektrik, 25 %-nin isə qaz təsərrüfatının payına düşdüyünü açıqladı. Elektrik təsərrüfatında, naqillər normadan artıq yükləndiyindən, mavi yanacaqla bağlı isə qeyri standart cihazlardan istifadə olunduğundan bu kimi faktların qeydə alındığı bildirildi.

Azəriqaz İB-nın mətbuat xidmətinin rəhbəri, Araz Ağayev: “Çox təəssüf ki, abonentlər qaz qurğularını dəyişirlər. Bu da fəsadlar yaradır. Evdə olmayanda 1 ay qaz paylayıcını məlumatlandırmaq lazımdır”.

Odur ki, özünüzü və sevdiklərinizi vaxtında qoruyun ki, sonra tökülən göz yaşı, gedənin arxasınca atılan bir qab suyu xatırlatmasın.

 

Xəbər lenti