Xəzər Xəbər

Xarici səyyahlar Cəbrayıl rayonunda olubllar VİDEO

Veb TV | 20:07 • 4 May 2024
Xarici səyyahlar Cəbrayıl rayonunda olubllar

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyəti səfərin üçüncü və sonuncu günündə Cəbrayıl rayonuna səfər ediblər. 

Xezerxeber.az xəbər verir ki, norveçli səyyahlar qrupu unikal tarixi abidə olan Xudafərin körpüsünə gəliblər. Onlara Cəbrayıl rayonu, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayətlər haqqında məlumat verilib. 

 Xarici səyyahlar Cocuq Mərcanlı kəndi ərazisində minatəmizləmə prosesi barədə məlumatlandırılıb.  

Sonra xarici səyyahlar ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini izləyiblər. 

Bununla da xarici səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb. Onlar 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət ediblər.

Xəbər lenti