Xəzər Xəbər

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib VİDEO

Veb TV | 10:26 • 29 Aprel 2024
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçular müxtəlif mərhələlərdə “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, "Snayper estafeti” və digər mövzular üzrə çalışmaları yerinə yetiriblər.
Yarışın keçirilməsinin əsas məqsədi hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Xəbər lenti