Xəzər Xəbər

İrandan Azərbaycana gətirilən şüyüdə zərərli kimyəvi maddə vurulur? VİDEO

Veb TV | 19:34 • 25 Mart 2024
İrandan Azərbaycana gətirilən şüyüdə zərərli kimyəvi maddə vurulur?

İrandan Azərbaycana gətirilən şüyüdə xüsusi kimyəvi maddə vurulur.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Videonu çəkən şəxs iddia edir ki, İrandan gətirilən şüyüdə xüsusi kimyəvi maddə vurulur. 

Bu iddianı araşdırmaq üçün bazara üz tutduq. Satıcılar şüyüdün əvvəllər daha çox İrandan gətirildiyini, hazırda isə bazarda yerli məhsulun üstünlük təşkil etdiyini bildirdilər. Satıcılar “Şüyüdə kimyəvi maddə vurulur” iddiasına da münasibət bildiriblər.  

Qida üzrə mütəxəssis Məshəti Hüseynova isə satışda xaricdən gətirlən  meyvələrlə yanaşı, göyərtilərə də rast gəlindiyini deyir. O, həm meyvələrə, həm də göyərtilərə kimyəvi maddə vurulduğunu söyləyib. Mütəxəssis onu da bildirib ki, bəzi hallarda məhsul təmiz yuyulmadığı üçün həmin kimyəvi maddə insanda allergiyaya səbəbə ol bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024