Xəzər Xəbər

Ağır yol qəzaları üç nəfərin ölümünə səbəb oldu, yaralılar var VİDEO

Veb TV | 22:05 • 24 Mart 2024
Ağır yol qəzaları üç nəfərin ölümünə səbəb oldu, yaralılar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Yeni Həyat kəndi yaxınlığında 3 avtomobil toqquşub.

Qəzadan yayınmaq istəyən başqa bir maşın isə yoldan çıxaraq dərin çuxura düşüb. Qəza zamanı 34 yaşlı Elçin Əhmədov hadisə yerində, Rəsul Əhmədov isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəza nəticəsində 28 yaşlı İlham Həsənov, 26 yaşlı Seymur İmanov və 58 yaşlı Əminə Əhmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Bərdədə isə sürücülük hüququ olmayan şəxs ağır yol qəzası törədib. Hadisə məcburi köçkün şəhərciyində qeydə alınıb. Faiq Məmmədov idarə etdiyi minik avtomobili ilə yolu keçmək istəyən 69 yaşlı Vahid Məmmədovu vurub. Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar