Xəzər Xəbər

Fazil Mustafanın evinin ətrafında "quş uçurulmur" VİDEO

Veb TV | 20:00 • 29 Mart 2023
Fazil Mustafanın evinin ətrafında "quş uçurulmur"

Dünən millət vəkili Fazil Mustafaya qarşı edilən sui-qəsddən sonra deputatın yaşadığı ev, yəni hadisənin baş verdiyi həmin ərazi  mühafizə edilir. Təhlükəsizlik işlərinə Daxili İşlər Nazirliyinin Post Patrul Xidməti və Çevik Polis Alayının əməkdaşları cəlb olunub.

Xezerxeber.az xəbər verir ki, bunu dünən silahlı hücuma məruz qalmış millət vəkili Fazil Mustafanın qardaşı Azər Mustafayev deyib.

Onun sözlərinə görə, qardaşına qarşı bu terror həm də sifarişli olub.

Qeyd edək ki, Fazil Mustafanın ailəsi, eləcə də birinci dərəcəli ailə yaxınlarının da təhlükəsizliyi ilə bağlı zəruri bütün tədbirlər görülüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları deputata qarşı sui-qəsd törədən şəxs və yə şəxslərin əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti