Xəzər Xəbər

Qanunsuz ev tikənlər su, qaz və işıqsız qalacaq VİDEO

Veb TV | 20:23 • 29 Mart 2023
Qanunsuz ev tikənlər su, qaz və işıqsız qalacaq

Xəbər verdiyimiz kimi, icazəsiz tikilən obyektlərin, evlərin su, qaz, elektrik təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağan olunur.

Bununla bağlı "Su təchizatı və tullantı suları haqqında" qanuna dəyişiklik təklif edilir. Milli Məclisin '' Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi''nin sədri Sadiq Qurbanov bildirib ki, qanunvericiliyin tələblərinə əməl etmədən tikilmiş və ya tikilməkdə olan obyektlərin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə qoşulmasına dair məsuliyyət müəyyənləşir.

İcazəsiz tikinti aparan şəxslər üçün 2 ildək  müəyyən vəzifə tutma fəaliyyətindən məhrum etmə, 1 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Bu cür tikililərdə qaz, su, elektrik və kanalizasiya təchizatı müəssisələrinin vəzifəli şəxsləri qanunsuz qoşulmaya görə 2 min manatdan - 4 min manatadək məbləğdə cərimə, 3 ildək vəzifə tutma hüququndan məhrum edilmə, 2 ilədək azadlıqdan məhrum etmə ilə cazalandırılacaqlar.

Komitə sədri bildirb ki, qanunsuz qoşulmaların sayı kifayət qədər çoxdur, bununla yanaşı yeni gəcəqonduların da sayı artır. Qanunsuz tikililərin və qoşulmaların qarşısını almaq üçün yeni qanun layihəsi hazırlanır. Bu layihə vahid bazadan tikinti işlərinə nəzarət etməyə imkan verəcək.

Təklif edilən dəyişiklik milli məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti