Xəzər Xəbər

Yarış atlarının oylağı qarğaların məskəninə çevrilib VİDEO

Bakı Cıdır Meydanı bərbad vəziyyətdədir
Veb TV | 19:45 • 6 Noyabr 2022
Yarış atlarının oylağı qarğaların məskəninə çevrilib

Bakı Cıdır Meydanı istifadəyə yararsız vəziyyətdədir. Bir vaxtlar yarışların təşkil edildiyi meydan təmirsiz və baxımsız durumdadır. Hazırda hippodromda yarış atlarının əvəzinə kənd atları gəzir.

Xezerxeber.az-ın xəbərinə görə, Bakı Cıdır Meydanından istifadə edən çaparlar deyirlər ki, bu ilin yanvar ayında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən burada təmir işlərinə başlanıb, lakin 2 ay sonra işlər yarımçıq saxlanıb. Məhz bundan sonra hippodromda vəziyyət daha da pisləşib.

Kənd Təsərrüfatı Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı Cıdır Meydanında təmir işlərinin investisiya planı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti