Xəzər Xəbər

Nərimanovda Zəfər gününə həsr edilmiş tədbir keçirilib VİDEO

Veb TV | 22:00 • 5 Noyabr 2022
Nərimanovda Zəfər gününə həsr edilmiş tədbir keçirilib

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər gününə həsr edilmiş tədbir keçirilib.

Mərasimdə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbəyə yenidən nəzər salınıb, şanlı zəfərin öndəmi bir daha qeyd edilib.

Mərasimdə şəhid ailələri və qazilər alqışlarla qarşılanıb.

Çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayev qeyd edib ki, 2-ci Qarabağ müharibəsi əsl birlik nümunəsi, qəhrəmanlıq salnaməsidir. O vurğulayıb ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi və tarixi yenidən yazdı.

Vətən müharibəsində şəhadətə ucalmış qəhrəmanımız Azad Hümbətovun atası Arif Hümbətov çıxış edərək bildirib ki, vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün təmin olunmasına səbəb oldu. O vurğulayıb ki, qəhrəman şəhidlərimiz, qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq.

Tədbir çərcivəsində Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin çıxışlarının yer aldığı videoçarx nümayiş olundu.

Rəsmi hissədən sonra Bayatı-Şiraz təsnifi səsləndirildi.

Sənətçilər vətənpərvərlik ruhunda mahnılar ifa etdilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti