Xəzər Xəbər

İran vətəndaşı Bakıda külli miqdarda narkotiklə tutuldu VİDEO

Veb TV | 23:40 • 27 Sentyabr 2022
İran vətəndaşı Bakıda külli miqdarda narkotiklə tutuldu

Bakı şəhərində narkotik vasitələrin satışını və paylanmasını təşkil etməkdə şübhəli bilinən İran vətəndaşı saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı İran vətəndaşı Hossein Bolhassani tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə və Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı evə baxış zamanı 3 kiloqram heroin və 5 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Hossein Bolhassani müxtəlif qanunsuz yollarla ölkə ərazisinə gətirilən narkotik vasitələrin Bakı şəhərində satışını və paylanmasını təşkil edən əsas şəxslərdən biri olub. Onun narkotik vasitələrin satışını həyata keçirmək üçün paytaxt ərazisində yaratdığı şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Rayon Polis İdarəsində cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024