Xəzər Xəbər

DSX torpaqlarımızın azad edilməsi üçün hazırlıq işlərinə 2005-ci ildən başlayıbmış VİDEO

Veb TV | 21:04 • 27 Sentyabr 2022
DSX torpaqlarımızın azad edilməsi üçün hazırlıq işlərinə 2005-ci ildən başlayıbmış

İşğal altında olan torpaqların düşmən tapdağından azad edilməsinə hazırlıq işlərinə Dövlət Sərhəd Xidmətində 2005-ci ildən başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin potensialını və şəxsi heyətinin peşəkarlığını nəzərə alaraq Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsi sərhədçilərə həvalə edildi.

2020-ci ilin sentyabr ayında döyüş əmrini alan zaman isə Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi.

Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə medallarla təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti