Xəzər Xəbər

Luiş Fiqu dünya rekordu vurub VİDEO

O, Ginnesin rekordlar kitabına düşəcək
Veb TV | 14:46 • 27 Sentyabr 2022
Luiş Fiqu dünya rekordu vurub

Portuqaliya futbolunun əfsanəsi Luis Fiqu yeni dünya rekordu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, 49 yaşlı veteran öz komandası ilə 6166 metr hündürlükdə futbol oynayıb.

Komandanın heyətində 7 oyunçu yer alıb. Onlar təyyarənin içində quraşdırılmış 75 kvadratmetrlik xüsusi meydanda oynayıb. Fiqu və komandası ən yüksək çəkisizlikdə futbol oynamaqları ilə Ginnesin rekordlar kitabına düşəcək.

Qeyd edək ki, “Barselona” və “Real”ın sabiq ulduzu bu tarixi matçda qol vurub.

Xəbər lenti