Xəzər Xəbər

Ermənistan təxribatlar törədərək sülhə mane olur VİDEO

Veb TV | 19:50 • 15 Sentyabr 2022
Ermənistan təxribatlar törədərək sülhə mane olur

Sərhəddə təxribat törədən Ermənistan hakimiyyətinin məqsədi sülhü əngəlləməkdir. Baş verən hadisələrdən belə nəticə çıxarmaq olar ki, elə Paşinyanın özü də sülh istəmir. Revanşist cəhdlərinin qarşısı dərhal ordumuz tərəfindən alınır. Ermənistan hakimiyyəti anlamalıdır ki, ölkələri üçün ən yaxşı seçim sülhdür. Sülh istəmirlərsə, unutmamalıdırlar ki,  ''dəmir yumruq'' hər zaman yerindədir. İstənilən təxribatlarına layiqincə cavab veriləcək. 

Sentyabrın 12-dən başlayaraq Ermənistanın sərhəddə törətdiyi təxribat növbəti revaşizm cəhdi idi. Ancaq onların bu arzusu yenə də ürəklərində qalmış oldu.  Politoloq Elçin Mirzəbəyli deyir ki, təxribat törədən düşmən azərbaycan ordusunun sərt reaksiyası ilə üzləşdi.

Təxribat və revanşizm cəhdləri bir daha göstərir ki, baş nazir Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti sülh istəmir. Əsas niyyət danışıqları pozmaq, sülhə zərbə vurmaqdan ibarətdir

Azərbaycan ordusu bütün tapşırıqları yüksək səviyyədə  yerinə yetirərək bir daha sübut  etdi ki, Ermənistan üçün ən yaxşı seçim yolu sülhdür. Əks halda bu cür revanşist təxribatlara bundan sonra da sərt formada  cavab veriləcək.

Ordumuz düşmənin bundan sonra da növbəti revanşist arzularını ürəyində qoyacaq.

Xəbər lenti