Xəzər Xəbər

Proqnoz gerçək oldu - Bakı tıxaca təslim oldu VİDEO

Veb TV | 19:59 • 15 Sentyabr 2022
Proqnoz gerçək oldu - Bakı tıxaca təslim oldu

Dünən proqnoz idi, bugün gerçək oldu. Yeni dərs ilinin ilk günündə paytaxt Bakı tıxaca təslim oldu. Məktəblərin yaxınlığında çox ciddi sıxlıq yaşanıb. Bu isə zəncirvari formada digər küçə və prospektlərə siraət edib. Aidiyyəti qurumlar belə vəziyyətin hələ bir neçə gün davam edəcəyini deyirlər

Səhər saatlarında paytaxt yollarında nəqliyyatın hərəkəti iflic olub. 

Yeni dərs ilinin başlaması ilə yollarda hərəkət intiensivliyi də artıb. Tıxac və sıxlıq əsasən Bakının mərkəzi küçə və prospektlərində müşahidə edilib.  Paytaxt yollarına 24 saat nəzarət edən Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin kameraları ilə lentə alınan kadrlardan da aydın olur ki, ən çox sıxlıq məktəbətrafı ərazilərdə yaşanıb. 

Sıxlığın qarşısını almaq üçün  Mərkəzdən dərhal ərazidə xidmət aparan yol polis əməkdaşalrına məlumat verilib. Yol patrul xidməti əməkdaşlarının müdaxiləsi ilə nisbətən yollarda hərəkət bəpa edilib.

Yollarda sıxlığın qarşısını almaq üçün hansı qabağlayıcı tədbirlər görülür?.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki,  paytaxtda mövcud tıxac probleminin həlli qısa zamanda mümkün deyil. Ekspert təklif edir ki, şəhərin avtomobil yükünü azaltmaq üçün mütləq qaydada ictimai nəqliyyat sistemi inkişaf etdirilməlidir.

Hazırda bu sistem bəzi özəl məktəblərdə tətbiq edilir. 

 

Xəbər lenti