Xəzər Xəbər

Yoluxmaların sayı ARTIR: Koronavirus kabusu geri qayıdır? VİDEO

Veb TV | 20:51 • 7 Avqust 2022
Yoluxmaların sayı ARTIR: Koronavirus kabusu geri qayıdır?

Dünyada koronavirusa yoluxanların sayı 589 milyonu ötüb. Təəssüf ki, yoluxma sayı günü-gündən artmağa davam edir. Dünyadakı mənzərənin fonunda son vaxtlar ölkəmizdə də yoluxma sayında artım var. Elə bu səbəbdən də infeksionistlər vətəndaşları diqqətli olmağa çağırır. Bu vəziyyətdə 4-cü doza vaksinin vurulması məsələsi müzakirə edilir.

Dünyada indiyədək 589 milyon 168 min 900 nəfərdə koronavirus aşkarlanıb. 

Koronavirusa yoluxma sayına görə, ilk beşlikdə olan ölkələr - ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyadır.

Sərhəd qonşularımız arasında Rusiyada 18 milyondan çox, Türkiyədə 16 milyondan çox, İranda 7 milyondan artıq, Gürcüstanda 1 698 min nəfər, Ermənistanda isə ümumilikdə 426 799 koronavirusa yoluxub.

Ölkəmizdə də yoluxma sayında ciddi artım müşahidə olunur. Yoluxma və ölüm hallarının qarşısını almaq üçün TƏBİB vətəndaşları qaydalara əməl etməyə çağırır. 

İnfeksionistlər bildirir ki, virusa qarşı immuniteti olmayan və yaxud zəif olan şəxslər həkim məsləhətinə əsasən 4-cü doza vaksini vurdura bilər.

Qeyd edək ki, COVID-19 xəstəliyinə qarşı vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın (3-cü doza) vurulması mütləqdir.

Xəbər lenti

Çox oxunanlar