Xəzər Xəbər

"Bayraq Meydanı"nda nə zaman bayraq asılacaq... VİDEO

Veb TV | 20:44 • 7 Avqust 2022
"Bayraq Meydanı"nda nə zaman bayraq asılacaq...

4 il əvvəl sökülən Dövlət Bayraq Meydanında sonradan aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Yeni bayraq dirəyi quraşdırılması üçün artıq paytaxta gətirilib. Əməkdaşlarımız ərazidəki son vəziyyətlə maraqlanıblar.

Aparılan təmir işləri bitmək üzrədir. Hündürlüyünə görə dünyada birinci olan bayraq dirəyi yenisi ilə əvəz olunur.   

İlkin vaxtlar Bayraq Meydanındakı dirəyin üst hissəsi söküldü, daha sonra isə dirək tamamilə sökülərək ərazidə təmir-bərpa işlərinə başlanıldı. Aparılan işlərin uzun müddətdir davam etməsi əhalini də intizarda saxlayıb. Paytaxt sakinləri dövlət bayrağının əvvəlki yerinə qaytarılmasını səbirsizliklə gözləyir. 

Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanın infrastrukturu yenilənib. Məsələ ilə bağlı Dəniz Kənarı Bulvar İdarəsindən bildirildi ki, yaxın zamanda bununla bağlı ictimaiyyətə daha detallı açıqlama veriləcək.

Xəbər lenti