Xəzər Xəbər

Yandırılmış qadının məhkəməsi niyə baş tutmadı? VİDEO

Veb TV | 14:07 • 18 Yanvar 2022
Yandırılmış qadının məhkəməsi niyə baş tutmadı?

2020-ci ilin iyununda Kürdəmirdə dəhşətli hadisə baş verib.

Hadisə 2020-ci il iyunun 9-da baş verib.  Prokurorluq orqanlarının yaydığı məlumata görə,  Əmirova Şura İslam qızı Muğanlı kəndi ərazisində keçmiş əri Hüseynov Nurlan Üzeyir oğlu tərəfindən üzərinə benzin tökülərək yandırılıb.  Bununla bağlı cinayət işi açılıb.  Nurlan Hüseynova 18 il iş kəsiblər.

İki uşaq hazırda mərhum Şura Əmirovanın anası Şahnaz Əmirovanın himayəsindədir.  Şahnaz xanımın dediyinə görə qızı dünyasını dəyişməmişdən öncə videoçəkilişlə uşaqları ona həvalə edib.  Onunla bağlı Şuranın ölümündən bir qədər əvvəl videomüraciətini də təqdim edəcəyik.  

Şura ilə Nurlan 2017-ci ildə ayrılıblarmış. Sonra iddia olunur ki, Nurlanın təkidi ilə barışıblar və sonra bu dəhşətli hadisə baş verib.  Şahnaz Əmirova uşaqları uşaqların ata nənə və babasının, digər yaxınlarının görməsini istəmir.

Şahnaz Əmirova "Xəzər" TV -də yayımlanan və Lalə Azərtaşın aparıcısı olduğu "Təsir dairəsi" verilişinə Kürdəmirdən müraciət edib.  2019-cu ildə qızı əri tərəfindən yandırılaraq öldürülüb. Ərinə 18 il iş veriblər. Şahnaz xanım deyir ayrılıb ata evinə gəlmişdi. Sonra oğlan gəldi barışmaq adı ilə qızı apardı. Həmin gecə yandırdı. Ana video-çəkilişlə 2 uşağını öz anasına qəyyumluğa verib. Amma ata tərəf uşaqları görmək istəyir. Nənə isə razılaşmır.

Vəkil Ramil Rüstəmov ötən həftənin sonu Şirvanda olub, məhkəmə prosesi ilə bağlı. Bilirsiniz ki, qarşı tərəf Şuranın həyat yoldaşının  valideynləri öz oğullarına kəsilən cəzanın 18 ildən aşağı salınması üçün məhkəməyə müraciət edib. Ramil müəllim bu prosesi hələlik dayandırıb. Vəkildən bundan sonrakı prosesdən danışıb. 

Bilirisiniz ki. Şuranın acı taleyi, başına gələn dəhşətli hadisə hər kəsin qəzəbinə səbəb olub. Yüzlələr insan qaynar xəttə zəng edərək bu cinayəti törədən Şuranın keçmişı ərinin cəzasının daha da ağırlaşdırılmasını, Şuraya vaxtında kömək etməyən qayınana və qayınatasına da cəza verilməsini tələb etdilər. 

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024