Xəzər Xəbər

BNA AÇIQLADI - Bu avtobus sürücüləri cərimələnəcək VİDEO

Veb TV | 13:26 • 18 Yanvar 2022
BNA AÇIQLADI - Bu avtobus sürücüləri cərimələnəcək

Paytaxtın bir sıra küçə və prospektlərində avtobuslar rahat hərəkət etməsi üçün xüsusi zolaqlar ayrılıb.  Sərnişin daşıyan nəqliyyat vasitələri bu zolaqlardan istifadə etməklə həm digər hərəkət iştirakçılarına maneə yaratmır həm də mənzil başına vaxtında çatmış olur. Lakin müşahidələrimiz zamanı bəzi  avtobusların həmin zolaqlardan  istifadə etmədiyinin şahidi olduq. Xüsusi zolağı tərk edərkən isə digər nəqliyyat vasitələri üçün də çətinlik yaratmış olurlar.

Bu xüsusi zolaqlar paytaxtın bir sıra küçə və prospektlərində ictimai nəqliyyatın sərbəst hərəkətini təmin etmək üçün ayrılıb. Hansı ki, həmin zolaqlara digər avtomobillər daxil ola bilməz. Ancaq bəzən sərnişin avtobuslarının da digər zolaqlara keçdiyini görürük.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, hər hansı səbəb olmadan zolağı dəyişən nəqliyyat vasitəsinin sürücüləri inzibati məsuliyyətə cəlb olunurlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə sorğumuza cavab olaraq bildirdi ki, əgər avtobus sürücüsü hər hansı məcburiyyət səbəbindən, eləcə də qəza və digər xoşagəlməz hadisələrin qarşısını almaq üçün xüsusi hərəkət zolağını tərk edirsə, onlara qarşı cərimə tətbiq olunmur.

 

Xəbər lenti