Xəzər Xəbər

Rafiq 12 ildir oğlunu görmür - Atanın hansı sirlərinin üstü açıldı? VİDEO

Veb TV | 14:15 • 18 Yanvar 2022
Rafiq 12 ildir oğlunu görmür  - Atanın hansı sirlərinin üstü açıldı?

Rafiq Rufullayev "Xəzər" TV -də yayımlanan və Lalə Azərtaşın aparıcısı olduğu "Təsir dairəsi" verilişinə Lənkərandan müraciət edib.

Rafiq 12 ildir görə bilmədiyi oğlu Əliağa ilə görüşmək üçün kömək istəyir.

İddia edir ki, keçmiş həyat yoldaşı oğlunu ona göstərməyib, indiyə qədər, görməyə cəhd etsə də alınmayıb.  Aralarında böyük yaş fərqi olub. Ailə həyatları uzun sürməyib.  2008-ci ildə Ülviyyə Kazımova ilə rəsmi şəkildə ailə qurub. 2009-cu ilədə bir oğulları dünyaya gəlib, adı Əliağadır. 2010-cu ildə ayrılıblar. Rafiqin keçmiş həyat yoldaşı verilişə zəng edib.

Rafiq ikinci dəfə ailə qurub, iki övladı var. Dediyinə görə Ülviyyə xanım da ikinci ailə həyatı qurub, amma ondan da ayrılıb.

Rafiq iddia edir ki,  Ülviyyə ikinci həyat yoldaşından aliment alır. Elə bundan sonra ondan da aliment tələb etməyə başlayıb. 

Xəbər lenti