Xəzər Xəbər

Azərbaycanın növbəti uğuru: Ermənistan mina xəritələrini Azərbaycana verdi VİDEO

Veb TV | 20:55 • 5 Dekabr 2021
Azərbaycanın növbəti uğuru: Ermənistan mina xəritələrini Azərbaycana verdi

Hələ müharibə ilk bitən vaxtlar Ermənistan tərəfi mina xəritələrini inkar edirdi və belə bir xəritənin olmadığını bildirirdi. Ancaq Azərbaycanın prinsipial mövqeyi Ermənistanı məcbur etdi ki, o xəritələri Azərbaycana versin. Belə də oldu, artıq dünən Ermənsitan işğaldan azad olunan digər ərazilərin də mina xəritələrini təhvil verdi. Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, xəritələrin verilməsi, Qarabağda infrastruktur layihələrini və qayıdışı sürətləndirəcək.

''Aparılmış danışıqlar nəticəsində Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib''. Bu barədə məlumatı Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi saytı yayıb. 

Millət vəkili Ceyhun Məmmədov deyir ki, mina xəritələrin Azərbaycana verilməsi ölkə başçısının prinsipial siyasi mövqeyini bir daha göstərdi. Çünkü bütün beynəlxalq tirbunalarda mina xəritələrinin verilməsinin vacibliyi vurğulanır, bu istiqamətdə Ermənistana təyziq edilməsi tələb olunurdu. 

Təcrübə göstərdi ki, Ermənistan işğal dövründə ərazilərimizə minaları necə gəldi basdırıb. Bu baxımdan ərazilər təhlükəli çirkabdan təmizlənməlidir. Xəritələrin verilməsi, infrastruktur layihələrini və qayıdışı sürətləndirəcək.  

Millət vəkili hesab edir ki, bütün hallarda əgər xəritəni verən Ermənistandırsa, bu zaman onun doğruluğu bir-bir Azərbaycan tərəfindən yoxlanacaq. Çünkü əvvəlki təcrübəyə görə, mina xəritələrinin böyük qismi düzgün deyildi.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında o da bildirilir ki, Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Həmin şəxslər 16 noyabrda Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılar olub. Humanizm prinsiplərinə sadiq olan Azərbaycan bir müddət öncə də 26 erməni əsilli bir mülki şəxsin və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin edib.

Xəbər lenti