Xəzər Xəbər

Komitə sədri: Qadınlar vəzifələrə seçimlərdə geri qalıblar VİDEO

Veb TV | 22:00 • 24 Noyabr 2021
Komitə sədri: Qadınlar vəzifələrə seçimlərdə geri qalıblar

Ölkəmizdə bir çox sahələrdə olduğu kimi dövlət qulluğuna qəbulda da gender bərabərliyi pozulur. Qadınlar ağıl və təhsil cəhətdən kişilərdən geri qalmasalar da, rəhbər vəzifələrin tutulmasında bu, o qədər də aydın görünmür. Bunu Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova deyib. Komitə sədri problem və ondan çıxış yollarından da danışıb.

Dövlət qulluğuna qəbulda qadınlar yaxşı nəticələr göstərsələr də, vəzifələrə seçimlərdə geri qalıblar. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, yanvarın 1-nə olan məlumata görə, dövlət qulluqçularının 7339-u qadınlar olub. 2019-cu il üzrə müsahibələrdə uğur qazananlar arasında kişilər üstünlük təşkil edib.

Bahar Muradovanın sözlərinə görə, bu problemlərin təkrarlanmaması üçün məsələ kökündən həll olunmalıdır.

Qeyd edək ki, bu gün "Dövlət qulluğunda gender bərabərliyi üzrə kurikulum" vəsaitinin təqdimat mərasimi keçirilib.

 

Xəbər lenti