Xəzər Xəbər

Xalq artisti Arif Quliyev dəfn olunub VİDEO

Veb TV | 19:34 • 7 May 2021
Xalq artisti Arif Quliyev dəfn olunub

Bu gün dünyasını dəyişən Xalq artisti Arif Quliyev dəfn olunub.

Xezerxeber.az xəbər verir ki, tanınmış sənətkar Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Xalq artistinin dəfn mərasimində ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti bir müddət idi, koronavirus səbəbindən xəstəxanada müalicə alırdı. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin doxsan faizi buzlaşmışdı.

Xatırladaq ki, Arif Quliyev 1950-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.

Onun “Şans”, “Bığ əhvalatı”, “Qaynana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdı. Bundan başqa, aktyor “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti