Xəzər Xəbər

Təcili yardım işçiləri maaşlarına əlavəni ala bilmirlər - İDDİA və RƏSMİ CAVAB VİDEO

Veb TV | 19:47 • 7 May 2021
Təcili yardım işçiləri maaşlarına əlavəni ala bilmirlər - İDDİA və RƏSMİ CAVAB

Təcili tibbi yardım həkimləri və digər işçilər iddia edir ki, əmək haqlarına edilməli olan tam əlavələrini ala bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasında çalışan işçilər yanvar ayından sonra bu cür problemlə qarşılaşıblar.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən, 9 saylı köməkçi yardım stansiyasında çalışan tibb və qeyri-tibb işçiləri bildirir ki, yanvar ayına kimi əmək haqlarına edilməli olan əlavələri tam ala biliblər, ancaq sonradan bu əlavələr həm verilməyib, həm də məbləği getdikcə azalmağa başlayıb. İşçilər deyir ki, onlara aylıq vəzifə  maaşının 4 misli məbləğində ödəniş edilməli olduğu təqdirdə, təxminən maaşa 80-100 manat məbləğində əlavələr olub.

Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının müdiri Salman Əliyev isə deyir ki, işçilərin əmək haqlarına edilməli olan əlavələrin hesablanmasını qaydalara uyğun olaraq Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həyata keçirirlər.

Məsələyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən də münasibət bildirlib.

Agentlikdən deyilib ki, 9 saylı köməkçi yardım stansiyasında çalışan işçilərin əmək haqlarına edilməli olan əlavələr tam qaydalara uyğun hesablanaraq ödənilib.Yəni, burada heç bir problem yoxdur. Nazirlər Kabinetinin müəyyən etdiyi qərara görə, işçilərə müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir. Yanvar ayından sonra verilən ödəmələrdə fərqin olması məsələsinə gəldikdə isə, Agentlikdən qeyd edilib ki, fevral ayı ərzində ölkədə koronavirusa yoluxma sayı digər aylara nisbətən çox aşağı olub. Bu da təbii olaraq tibb və qeyri-tibb işçilərinin işə cəlb olunma günlərinə və saatlarına təsir edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti