Xəzər Xəbər

Ermənilərin “qəhrəmanlıq” himni də oğurluq çıxdı - Bu musiqi sədaları altında halay çəkirlər VİDEO

Veb TV | 21:48 • 2 May 2021
Ermənilərin “qəhrəmanlıq” himni də oğurluq çıxdı - Bu musiqi sədaları altında halay çəkirlər

Ermənilərin oğurluğu və saxtakarlığı barədə nə qədər danışsaq azdır. Oğru xalqın daha bir saxtakarlığı üzə çıxıb. Ermənilərin "qəhrəmanlıq" musiqisi kimi səsləndirdiyi "Hay Qajer" mahnısı özlərinə məxsus deyil. Onlar  türklərə məxsus musiqinin sözlərini dəyişərək özününküləşdiriblər. Ermənilərin uzun illər səsləndirdiyi digər mahnının da azərbaycanlılara məxsus  olduğu məlum olub.

Oğurluq və saxtakarlığın mahir ustası olan ermənilərin daha bir yalanı üzə çıxıb. Bu dəfə onların az qala "qəhrəmanlıq" himninə çevrilən "Hay Qajer" adlı mahnının oğurluq olduğu məlum olub.

Bununla bağlı əməkdar  jurnalist Vüqar Zifəroğlu araşdırma aparıb. Məlum olub ki,  sözügedən mahnı əslində türklərə məxsus olub. Araşdırmaçı jurnalist deyir ki, ermənilərin 1-ci Qarabağ müharibəsinə aid hər zaman oxuduqları Hay Qajer musiqisi "Makaram sarı bağlar" halay türküsüdür. Onun sözlərinə görə bu mahnı Türkiyənin  Sivas  və Diyarbəkir bölgəsində  kifayət qədər məşhur türküdür.  Həmin bölgələrdə keçirilən toylarda və şənliklərdə bu türkü ifa edilir. Ermənilər türklərdən oğurladıqları musiqiyə " qəhrəmanlıqlarını" vəsf edən sözlər qoşaraq istifadə edirlər. Vüqar Zifəroğlu bildirdi ki, bu türkünün tarixinin təqribən Osmanlının son dönəmlərinə aid olduğu bildirilir. 

Vüqar Zifəroğlu deyib ki, bu türkünü bir çox məşhur Türkiyə sənətçiləri və türkücüləri ifa edib və ümumiyyətlə halay türküsü kimi qardaş ölkədə çox populyardır. Hətta musiqi türk filmlərində belə ifa edilib.Əməkdar jurnalist vurğuladı ki 90-cı illərin əvvəllərində isə bu gözəl türkü ermənilərin "hay qajer"inə çevrilib. 

Vüqar Zifəroğlu bildirdi ki, ermənilərin vətənpərvərlik ruhunu aşılamaq üçün tez-tez səsləndirdiyi can fidayi mahnısı isə Azərbaycan musiqisidir. Onlar bu mahnını da özünküləşdirib.

Qeyd edə ki, ermənilər təkcə musiqi oğrusu kimi tanınmır onlar illərlə bizə məxsus bir çox dini-tarixi mədəni abidələri də özünküləşdirməyə çalışıb.

Xəbər lenti