Xəzər Xəbər

Azərbaycan hərbçilərindən ermənilərə peşəkarlıq dərsi VİDEO

Veb TV | 21:37 • 2 May 2021
Azərbaycan hərbçilərindən ermənilərə peşəkarlıq dərsi

Sosial şəbəkələrdə Azərbaycan və Ermənistan hərbçiləri arasında yaşanan mübahisə ilə bağlı görüntülər yayılıb. Hadisə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində baş verib. Videoda Azərbaycan sərhədçilərinin peşəkar davranışı, sərgilədiyi təmkin və prinsipiallıq böyük rəğbətlə qarşılanıb. Ekspertlər bildirir ki, bu cür təxribatlarla ermənilər özlərini daha çətin vəziyyətə salacaqlar.

44 günlük Vətən müharibəsində məğlub olaraq gülünc vəziyyətə qalmaqlarına baxmayaraq,bu dəfə də sərhəddə özlərini biabır etdilər. Erməni əsgər və zabitləri Azərbaycan hərbiçilərinə qarşı təxribat törədiblər.

Hadisə Azərbaycan Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verib.Erməni hərbiçilərinin törətdiyi təxribatla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə erməni hərbçiləri arasında mübahisə yer alıb.Maraqlı məqam ondan ibarətdir ki,erməni zabiti və hərbiçiləri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçilərini təxribata çəkmək istəsələr də,onlar bu məqsədlərinə nail ola bilmirlər.

Çünki, Azərbaycan sərhədçiləri erməni hərbiçilərinin törətdiyi təxribat qarşısında peşəkarlıq, mədəniyyət və  təmkin nümayiş etdirir. Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun sözlərinə görə, Azərbaycan hərbçiləri qarşısında duruş gətirə bilməyən düşmən zabit və əsgərləri bu dəfə də gülünc vəziyyətə düşüblər. Təxribat görüntüləri Azərbaycan hərbçiləri ilə Ermənistan hərbçiləri arasında fərqi açıq-aşkar göstərir.

Zaur Məmmədov hesab edir ki,əslində erməni hərbiçiləri bu cür təxribatçı hərəkətlər etməklə özlərini biabır edirlər.Elə video görüntülərdən də  aydın görsənir ki, yaranan mübahisə zamanı erməni zabitinin danışığından hiss olunur ki,ya o içkilidir,ya da ki,narkotik vasitənin təssiri altında bu cür ifadələr işlədir.Əslində bu fakt bir daha sübut etdi ki,erməni zabit və əsgərlərinin siması elə bax bu cürdür.

Belə aydın olur ki,məğlub olmuş ordunun sərhədçiləri çox ciddi psixoloji-mənəvi böhran keçirirlər.Çünki onlar 30 ilə yaxın bir müddətdə daim yalan və xülyalarla yaşayıblar.Ancaq Azərbaycan ordusunun,xüsusən də sərhədçilərinin 44 günlük Vətən Müharibəsində onlara vurduğu ciddi zərbədən çətin ki, yaxın illərdə də ayıla bilsinlər.

 

Xəbər lenti