Xəzər Xəbər

Balakən sakini 4 kq narkotiklə tutuldu VİDEO

Veb TV | 21:35 • 31 Mart 2021
Balakən sakini 4 kq narkotiklə tutuldu

Balakəndə və Tovuzda narkotikə qarşı əməliyyat keçirilib. Şübhəli bilinən şəxslər marixuana satdıqları üçün saxlanıblar.

Balakəndə narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Əməliyyat zamanı rayonun Gərəkli kənd sakini Ramazan Maqamedov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 24 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə Ramazan Maqamedovun Mahamalar kəndindəki evinə də baxış keçirilib və oradan sellofan torbada  4 kiloqram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Tovuzda da narkotikə qarşı əməliyyat keçirilib. Narkotik vasitə satmaqda şübhəli bilinən, rayonun İsakənd kənd sakini Vüsal Məmmədov saxlanıb. Şübhəli şəxsə məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman oradan, 368 kibrit qutusunda qablaşdırılımış, ümumi çəkisi 1 kq 545 qram marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı, narkotik vasitəni satmaq üçün özü əkdiyini bildirən Vüsal Məmmədov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024