Xəzər Xəbər

Sinif yoldaşı ilə birləşib bibisinin evindən oğurluq etdi VİDEO

Veb TV | 21:25 • 31 Mart 2021
Sinif yoldaşı ilə birləşib bibisinin evindən oğurluq etdi

Ağstafada bibisinin evindən oğurluq edən şəxs saxlanıb. Məlum olub ki, o, sinif yoldaşı ilə başqa evlərdən də oğurluq edib. Lənkəranda isə ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə üzvləri ifşa olunub. Onlar vətəndaşlara ümumilikdə 30 min manata yaxın ziyan vurublar.

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanıb. Müəyyən edilib ki, rayon sakini Sarı Əmirov sinif yoldaşı Vüsal Böyükkişiyevlə qabaqcadan əlbir olaraq, bibisinə məxsus fərdi yaşayış evinə daxil olublar və oradan 3000 manat dəyərində müxtəlif növ məişət əşyalarını və 7000 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını oğurlayıblar. 

Həmin şəxslər rayonun Dağ Kəsəmən kəndində digər bir evə də girərək oradan müxtəlif məişət əşyalarını oğurlayıblar. Şübhəli şəxslər saxlanaraq istintaqa təhvil verilib.

Lənkəran polisi isə ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə üzvlərini yaxalayıb. Hirkan qəsəbəsində yerləşən bir mağazadan 800 manatlıq danışıq kartları, 150 manat dəyərində tütün məmulatları, 600 manat nağd pul, həmçinin həmin mağazada yerləşən ödəmə terminalından 1910 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Bu müraciət əsasında Astara rayon sakinləri Səadət Mirzəyev, Peyman Məstəliyev, Ramiz Cəbiyev və Zabir Hüseynzadə şübhəli şəxs qismində saxlanıblar. Onlar törətdikləri əməli etiraf ediblər. Saxlanan şəxslərin Astara rayonu ərazisindəki "MilliÖn" ödəmə terminalından və 2 mağazadan ümumilikdə 22 min 99 manat nağd pul, 1300 manat dəyərində isə tütün məmulatları oğurladıqları da müəyyən edilib. Oğurlanmış pul və danışıq kartları onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024