Xəzər Xəbər

Azərbaycan MDB-də buna görə liderdir VİDEO

Veb TV | 21:57 • 31 Mart 2021
Azərbaycan MDB-də buna görə liderdir

Pandemiyanın ilk günündən dövlətimiz bu infeksiyaya qarşı bütün resurslarını səfərbər edərək mübarizə aparır. Ölkəmiz peyvənd olunmuş əhali faizinə görə MDB məkanında liderdir. Indiyədək ölkəmizdə yarım milyondan çox insan vaksinasiyadan keçib. 

Azərbaycan peyvənd olunmuş əhali faizinə görə MBD məkanında liderdir.

Ölkənin baş infeksionisti Təyyar Eyvazov  deyir ki, koronavirus yayılandan bəri Azərbaycan höküməti infeksiyanin daha çox yayılmasının qarşısının alınması üçün ciddi və təxirəsalınmaz addımlar atıb. 

Təyyar Eyvazov bildirib ki , ölkəmiz qabaqcıl Avropa ölkələri ilə eyni vaxtda vaksinasiyaya başlayıb. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Vaksinasiya Strategiyasına" əsasən artıq xeyli vətəndaşımız peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir. 

Təyyar Eyvazov bildirib ki,  vaksinasiyanın məqsədi yoluxma hallarının əhəmiyyətli azalmasına nail olmaqla infeksiyanı nəzarət olunan həddə saxlamaq, ölüm hallarını minimuma endirməkdir.

Xəbər lenti