Xəzər Xəbər

Əfv edilənlərin azadlıq sevinci VİDEO

Veb TV | 20:14 • 19 Mart 2021
Əfv edilənlərin azadlıq sevinci

Prezident İlham Əliyev hər il olduğu kimi bu ildə Novruz Bayramı öncəsi daha bir humanist addım atdı. Dövlət başçısının sərəncamı ilə məhkum edilmiş bir sıra şəxslər əfv olundu. Bu gün səhər saatlarından əfvin icrasına başlanıb və günün birinci yarısında proses yekunlaşıb. Sərəncam ümumilikdə 625 məhkuma şamil edilib. 

Tibbi maskada ara məsafəsi saxlayaraq duran bu qadınlar həbsxanadan çıxacaqları anı səbrirsizliklə gözləyirlər.

Törətdikləri cinayətə görə illərdir yaxınlarından uzaq düşən bu şəxslər ötən gün Prezident İlham Əliyevin imzaladğı əfv sərəncamı ilə sevindilər. Görüntülər pentensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindəndir. 

Səhər saatlarından etibarən sərəncamın icrasına başlanıb. Bu humanist addımın atılarkən, məhkumların səhhəti, ailə vəziyyətləri, törətdikləri cinayət, ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddət və bu müddət ərzindəki davranışları nəzərə alınıb. 

Qadın məhbusların cəza çəkdiyi müəssisədən ümumilikdə 11 nəfər azad edilib. Bir qadın məhkumun cəzası yarıya endirilib. Əfin sərəncamının icrasında İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva da iştrak edib. 

Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində isə 13 nəfərə şamil olunub. Tədbirdə iştirak edən Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Penitensiar xidmətinin rəis müavini, Ədliyyə general-mayoru Orxan Qasımov, hüquq müdafiəçisi Səadət Bənənyarlı 11 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıblar. Sərəncama əsasən, 2 məhkumun cəzası yarıya endirilib. Azadlığa çıxanlardan üçü - Əfqanıstan, Gürcüstan və İran vətəndaşlarıdır.

2 saylı cəzaçəkmə müəssisəsində isə 20 məhkum cəzalarının çəkilməmiş hissəsindən azad edilib, 14 nəfərin isə çəkilməmiş cəza müddəti azaldılıb. Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarcaqlarını deyirlər. Həbsxanadan çıxanları ailə üzvləri və yaxınları böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, günün birinci yarısında əfv sərəncamının icrası tam başa çatıb. Bu dəfəki sərəncamı şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir. Sərəncam 625 məhkuma şamil edilib. 


Sərəncama əsasən, 475 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

 

 

 

Xəbər lenti

Çox oxunanlar