Xəzər Xəbər

Qəhrəman şəhidimiz Xəzri Sarıyev VİDEO

Veb TV | 20:03 • 19 Mart 2021
Qəhrəman şəhidimiz Xəzri Sarıyev

Şəhadətə ucalmış qəhrəmanlarımızı tanıtdırmağa davam edirik. Sıradakı qəhrəmanımız Saatlıdan olan şəhid Xəzri Sarıyevdir. O, Murovdağ istiqamətində gedən döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib. Qəhrəman döyüşçümüz elə həmin istiqamətdə davam edən döyüşlərdə şəhid olub. Xəzri Sarıyev ''Vətən uğrunda'' və ''Kəlbəcərin azad olunmasına görə'' medalları ilə təltif edilib..

Hələ xidmətə getməmişdən əvvəl mərdliyi və vətənpərvərliyi ilə həmyaşıdlarından seçilirdi..

Daim valideynlərinə və dostlarına torpaqlarımızın azad olunması arzusundan danışır, milli qəhrəmanlarımızın həyat və döyüş yoluna rəğbətlə yanaşırdı.

Söhbət 44 günlük vətən müharibəsində şəhadətə ucalmış Xəzri Sarıyevdən gedir. O, 2000-ci il oktybarın 15-də Saatlı rayon Orta Muğan kəndində dünyaya gəlib. 2018-ci ildə vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Xidmətini başa vurduqdan sonra fəaliyyətini MAXE kimi davam etdirməyə qərar verib. Xəzri XTQ-in tərkibində təlimlərə qatılaraq bir sıra uğurlar əldə edir.

Valideynləri onun uşaq vaxtlarından hərbi vətənpərvərlik ruhda böyüdüyünü, daim milli qəhrəman Mübariz İbrahimovdan örnək götürdüyünü deyirlər.

Xüsusi təyinatlı Qüvvələrin hərbçisi olan Xəzri Sarıyev ötən il sentyabrın 27-də vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində düşmənə ilk zərbələr endirən qəhrəmanlarımızdan biri olub. Döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində iştirak edib.Qəhrəmanımız sentyabrın 28-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Qəhrəman şəhidimiz böyüyüb boya-başa çatdığı Orta Muğan kənd qəbristanlığında dəfn olunub. Xəzri Sarıyev  ''Vətən Uğrunda'' və ''Kəlbəcərin azad olunmasına görə'' medalları ilə təltif edilib.

 

 

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar