Xəzər Xəbər

“KİV haqqında” qanunun dəyişdirilməsinə ehtiyac var VİDEO

Veb TV | 20:15 • 17 Sentyabr 2020
“KİV haqqında” qanunun dəyişdirilməsinə ehtiyac var

Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanun 1999-cu ildə qəbul olunub. Bu səbəbdən də orada sosial şəbəkələrlə bağlı da heç bir müddəa yoxdur. Qanunvericilikdə onlayn media ilə bağlı da boşluq var. Mütəxəssislərin fikrincə, "Kütləvi informasiya vasitələri haqqında" qanunun dəyişdirlməsinə ehtiyac var. Amma bu, sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmamalıdır.

"Kütləvi informasiya vasitələri haqqında" qanunun müasir tələblərə uyğun dəyişdirilməsinə ehtiyac var.

Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanun 1999-cu ildə qəbul olunub. Bu 21 il ərzində də tələblər dəyişdiyindən müasir çağırışlara cavab verən qanunvericiliyə ehtiyac var. Qanunda müasir dövrdə geniş yer tutan onlayn media ilə bağlı boşluqlar nəzərə çarpır. Həmçinin, sosial şəbəkələrlə bağlı da heç bir müddəa yoxdur. Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı bildirir ki, qanun müasir tələblərə uyğunlaşdırılmalı, amma bu, sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmamalıdır.

Elçin Şıxlı deyir ki, qanunu dəyişməzdən əvvəl onun onun tələblərinə əməl etməyi öyrənmək lazımdır. Hazırda isə medianın da dəyişməsinə çox ehtiyac var.

Jurnalistlər Birliyinin sədri qeyd edir ki, informasiya boşluğu qəzetlərdə də özünü göstərir. Amma hazırda ölkədə qəzetlərin oxunmamasının başqa səbəbləri də var.

Elçin Şıxlı deyir ki, hazırda həm qanunvericiliyin, həm də ümumlikdə medianın müasir tələblərə uyğun dəyişilməsinə ehtiyac var. Çünki, informasiya milli təhlükəsizlik məsələsidir.

Xəbər lenti