Xəzər Xəbər

Bu prospektdə sürət həddi endirilir - VİDEO

Veb TV | 18:39 • 13 Yanvar 2020
 Bu prospektdə sürət həddi endirilir  -

Paytaxtın ən böyük prospektində sürət həddi endirilir.

Xezerxeber.az-ın məlumatına görə, Heydər Əliyev prospektinin gediş və gəlişində iki zolaqda maksimum sürət həddi 120kmsaat-dan 110km/saat-a endirilir.

Baki Nəqliyyat Agentliyi sürət həddinin endirilməsi ilə bagli aidiyyəti qurumlara müraciət ünvanlayıb.

Prospektin digər hərəkət zolaqlarında da sürət həddi müvafiq olaraq tənzimlənəcək.

Yanvarin 17-ə qədər zəruri texniki məsələlər həll olunacaq. Sürücülərdən yollarda diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri tövsiyə edilir.

Bu arada, ekspertlər bildirirlər ki, yeni dəyşikliklə prospektdə sürət həddi yol hərəkəti qaydalarına uyğun olaraq təşkil edilir. Mövcud qanunlara görə, ölkə yollarında sürət həddi maksimum 110km/saat ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti