Xəzər Xəbər

Oğuz sakini arıları soyuqdan qorumaq üçün yeni üsul yaradıb - VİDEO

Veb TV | 20:21 • 14 Yanvar 2020
Oğuz sakini arıları soyuqdan qorumaq üçün yeni üsul yaradıb -

Adi elektrik lampasından istifadə edərək soyuq aylarda arılarını qoruyur...

Xezerxeber.az-ın məlumatına görə, Oğuz rayonunun Xaçmaz kənd sakini Dağlar Mehdiyev arıların qışda tələf olmasına səbəb olan soyuq havalarda canlıların sağ qalması üçün yeni üsul tətbiq edib.

Onun təcrübəsinə görə, yeşiklərdə 35 dərəcə temperatur yaradılarsa arılarda ölüm sıfıra bərabər olur. Qutularda sabit 35 dərəcə temperaturu isə arıçı adi elektrik lampası ilə təmin edə bilib. Belə lampalar metal torla yuvanın icərisində yaradılan isidici kameraya qoyulur.

Dağlar Mehdiyev onu da bildirir ki, bu üsulla arılardan daha çox məhsul götürə bilir.

Təcrübəli arıçı gələcəkdə bu metodu inkişaf etdirərək elektron mətkəzi idarəetmə sisteminin yaradılması haqda düşünür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti