Xəzər Xəbər

Abşeron və Sumqayıtda iki piyada vurulub - VİDEO

Veb TV | 18:35 • 13 Yanvar 2020
Abşeron və Sumqayıtda iki piyada vurulub -

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Əliçıraq yaşayış massivində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 34 yaşlı Murad Rüstəmovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhərində də yol kənarənda avtomobillə vurularaq öldürülən kişi meyiti tapılıb. Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə ərazisindən keçən avtomobil Elman İsgəndərovu vurub. Piyadanı vuran şəxs hadisə yerindən yayınıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti