Salyanda dəm qazı 2 nəfərin ölümünə səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisədən biri ötən gün axşam saatlarında Salyan şəhəri, Tale Davudzadə küçəsində baş verib.
27 yaşlı Zəkirə Bədəlova hamamda yuyunarkən dəm qazından boğulub. Gəlinin ləngidiyini görən yaxınları narahat olub. Hamamın qapısını açan zaman Zəkirə Bədəlovanın huşsuz vəziyyətdə yerdə uzandığını görüblər.
Hadisə yerinə təcili yardım çağırılsa da Zəkirə Bədəlovanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum bir ilin gəlini olub.
Tərtərdə isə kişi dəm qazından boğulub. Hadisə rayonun Qaradağlı kədində qeydə alınıb. Rusiya Federasiyasının vətəndaşı, 50 yaşlı Nəbi Nəbiyev hamamda çimərkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: