Xəzər Xəbər

''Azəristiliktəchizat'' həyət evlərini də istiliklə təmin edir - VİDEO

Veb TV | 18:24 • 24 Noyabr 2019
''Azəristiliktəchizat'' həyət evlərini də istiliklə təmin edir -

''Azəristiliktəchizat'' ASC həyət evlərini də istiliklə təmin edə bilər.

Xezerxeber.az-ın məlumatına görə, ''Azəristiliktəchizat''ın Binəqədi rayon 3 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Rövşən Tağıyev bildirib ki, həyət evlərinin istiliklə təmin edilməsi mümkündür. Onun sözlərinə görə, belə bir hal təcrübədə mövcuddur və ''Azəristiliktəchizat'' tərəfindəna artıq bir neçə həyət evinə istilik verilir.

Rövşən Tağıyev bunun şərtlərini də açıqlayıb. Bildirib ki, ''Azəristiliktəchizat''ın qazanxanasından həyət evinə qədər istilik borularının çəkilməsi və digər xərclər vətəndaş tərəfindən qarşılanır.

Qeyd edək ki, ''Azəristiliktəchizat''ın istiliklə təmin etdiyi həyət evlərində ödənişlər aylıq hər kv.m üçün 15 qəpikdən hesablanır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar