Xəzər Xəbər

Yeraltı isitilik sistemlərinə tələb artıb - VİDEO

Veb TV | 19:19 • 3 Noyabr 2019
Yeraltı isitilik sistemlərinə tələb artıb -

Son günlər havaların soyuq keçməsi mənzillərdə quraşdırılan yeraltı istilik sistemlərinin alışına marağı artırıb.

Xezerxeber.az-ın məlumatına görə, "yeraltı isitmə sistemləri" yerə düzüldükdən sonra üzərindən döşəmə və ya kafel-metlax vurulur. İşə saldıqdan sonra otağın bütün ərazisi istiliklə təmin olunur.

Ölkəyə əsasən Rusiya,Ukrayna, Almaniya, İtalya, Çin və Danimarkadan gətirilən bu cihazlar əsasən kombi sistemi ilə işləyir. Qiyməti isə isitmə sisteminin kvadratından asılı olaraq dəyişir. Satıcıların sözlərinə görə, hazırda bazarda təlabat əsasən İtaliya istehalı olan ''yeraltı isitmə sistemləri''nədir.

Satıcılar vətəndaşlara ''yeraltı isitmə sistemləri'' alarkən əsasən onun keyifiyyətinə diqqət etmələrini tövsiyə edirlər. Çünki keyfiyyətsiz sistemlər tez sıradan çıxdığından onların maddi zərərə düşməsinə səbəb olur.

Satıcılar tövsiyə edir ki, ''yeraltı istilik sistemləri'' quraşdırarkən təcrübəli ustalara müraciət etsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti