Xəzər Xəbər

Ölkədə ilk dəfə olaraq "Smart tələbə kart"ları təqdim olundu VİDEO

Veb TV | 20:20 • 1 Noyabr 2019
Ölkədə ilk dəfə olaraq "Smart tələbə kart"ları təqdim olundu

Ölkədə ilk dəfə olaraq "Smart tələbə kart"ları təqdim olundu...

Dövlət İqtisad Universitetində keçirilən təqdimetmə mərasimində çıxış edənlər bildiriblər ki, bu layihə "2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində həyata keçirilib.Mərkəzi bankın sədr müavini Alim Quliyevin sözlərinə görə smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə istənilən ödənişlərini həyata keçirəcəklər.

Həmçinin Regionlarda yaşayan valideynlər də övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Gələcəkdə ictimai nəqliyyatda da tələbələrin bu kartdan istifadə etməsi nəzərdə tutulub. Gələn ilin sonuna kimi bütün ali və orta ixtisas təhsili müəssisələri bu kartla təmin olunacaq.

Sonda Universitetinin birinci kursunda oxuyan 20 nəfər Prezident Təqadüçüsünə smart tələbə kartları təqdim olunub.

Xəbər lenti