Xəzər Xəbər

Milyonluq maşınla mağazaya girib “playstation” oğurladılar - VİDEO

Veb TV | 12:14 • 23 Sentyabr 2019
Milyonluq maşınla mağazaya girib

Yunanıstanın paytaxtı Afinada oğrular qaçırdıqları 1967-ci il istehsalı "Ford Mustang" markalı avtomobillə elektronika mağazasına giriblər.

XəzərXəbər oxu.az-a istinadla xəbər verir ki, onlar oğurluq məqsədilə girmək istədikləri elektron mağazasının vitrinindən içəri daxil olublar.

Bildirilir ki, cinayətkarlar oradan üç ədəd "Sony PlayStation" oyun qurğusu və digər əşyalar oğurlayıblar.

İnformasiyaya görə, oğruların istifadə etdiyi klassik maşın zədələnib. Onun bərpası üçünsə bundan əvvəl 45 min avro pul xərclənib.

Xəbər lenti