Xəzər Xəbər

Xaçmazda ağır yol qəzası - 1 ölü, 5 yaralı var - VİDEO

Veb TV | 18:47 • 16 Avqust 2019
Xaçmazda ağır yol qəzası -

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Xezerxeber.az-ın məlumata görə, Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisində "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.


Yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 1979-cu il təvəllüdlü Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri - 1993-cü il təvəllüdlü Arif Əmrəli oğlu Eyyubov, 1982-ci il təvəllüdlü Fərhad İmran oğlu Eyyubov, 1992-ci il təvəllüdlü Orxan Məhəmməd oğlu Pirimov və 1993-cü il təvəllüdlü Sadıq Sarvan oğlu İskəndərovdur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.


Xəstəxanadan bildirilib ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 1962-ci il təvəllüdlü Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.


Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti