Xəzər Xəbər

Kartof yığımı sona çatır VİDEO

Veb TV | 19:56 • 5 Avqust 2019
Kartof yığımı sona çatır

Kartof yığımı sona çatır. Tovuzdan olan sahibkarlar bu il 10 min 668 hektar sahədə məhsul yetişdiriblər. Hektardan orta məhsuldarlıq 195,3 sentner təşkil edir.

Təsərrüffat sahibləri bu ilki məhsuldarlığın bol olmasını düzgün aqrotexniki qulluq, vaxtında suvarma ilə əlaqələndirlər. Keyfiyyətli toxum seçimi də məhsuldarlığa təsir edən amillərdəndir.

Fermerlər alıcılıq qabiliyyətindən də razıdır. Ötən il həyətlərdə qalan kartof bu il elə yığım zamanı satılır.

Təsərrüfat sahibləri öz məhsullarını yerində təxminən 50qəpikdən satırlar.

Fermerlər bu ilki yüksək məhsuldarlığa görə növbəti əkin mövsümündə sahələri artırmaq niyyətindədirlər.

Xəbər lenti