Xəzər Xəbər

Maqnit qasırğası başladı: bəzi insanlar üçün təhlükəlidir VİDEO

Veb TV | 19:51 • 5 Avqust 2019
Maqnit qasırğası başladı: bəzi insanlar üçün təhlükəlidir

Azərbaycanda geomaqnit qasırğası müşahidə olunur.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı astrofizika rəsədxanasının Elmi işçisi Mahir Pirquliyev Avqustun 2də günəşdə tac dəliyi formasındafəal törəmələrin meydana gəlməsi nəticəsində geomaqnit qasirğasının baş verdiyini bildirdi.

Bildirildi ki, geomaqnit qasırğası nəticəsində insanların səhhətində çox ciddianatomik dəyişikliklər olmasa da, xüsusi qrup xəstə insanlarda diskomfort hissi yarana bilər.

Mahir Pirquliyev qeyd etdi ki,peyk vasitəsilə günəşdən görüntülər alınırvə növbəti günlərdə analiz edildikdən sora, yenidən geomaqnit qasırğasının meydana gəlib gəlmiyəcəyi proqnozlaşıdırılacaq.

Xəbər lenti