Xəzər Xəbər

''Jek'' işçisi qadına qarşı quldurluq etdi VİDEO

Veb TV | 19:48 • 17 İyun 2019
''Jek'' işçisi qadına qarşı quldurluq etdi

''Jek'' işçisi adı ilə həyətə daxi olan şəxsyaşlı qadına qarşı quldurluq edib.

Hadisə paytaxtın Xətai rayonu ''NZS'' qəsəbəsində baş verib. Rəşid Bağırov küçəsində yaşayan Talıb Məmmədov deyir ki, günorta saatlarında işi ilə əlaqədar evdən çıxıb. Amma yaşlı həyat yoldaşı Leyla Əliyeva ev qalıb. Qadın xəstə olduğundan kişi evin həyət qapısını arxadan bağlayaraq gedib.

Bundan təxminən bir neçə dəqiqə sonra naməlum şəxs evin həyətinə hasardan keçərək daxil olub. Yaşlı qadın ondan kim olduğunu soruşduqda həmin şəxs əlindəki dəftəri göstərərək ''jek''-dən gəldiyni deyib.

Qadın həmin şəxsin cinayətkar olduğunu bildikdən sonra əlindəki əsa ilə onun başına zərbə vurub. Amma buna baxmayaraq həmin şəxs yaşlı qadına qarşı çirkin əməlini törədib. O, Leyla Əliyevanın qulağındakı qızıl sırğaları qopararaq qaçıb.

Qadının sözlərinə görə, həmin şəxs qapını açaraq həyətdən çıxıb. Hadisədən xəbər tutan qonşular qadının həyat yoldaşı Talıb Məmmədova məlumat veriblər. Kişi evə çatan kimi ''102'' xidmətinə məlumat verib. Ərazi üzrə 37-ci polis şöbəsindən sahə müvəkkili gəlib, qadının izahatını alıb. Polisdən verilən məlumata görə, faktla bağlı hələki saxlanılan yoxdur.

Xəbər lenti