Xəzər Xəbər

Planetlərdən birinə Nəsiminin adı verildi VİDEO

Veb TV | 19:18 • 3 İyun 2019
Planetlərdən birinə Nəsiminin adı verildi

Planetlərdən birinə İmadəddin Nəsiminin adı verildi…

Ölkənin filoloq alimləri böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar kiçik planetlərdən birinə onun adının verilməsi təşəbbüsünü irəli sürüblər. Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi Əyyub Quliyev də bu təşəbbüsü dəstəkləyib və məsələ ilə bağlı Beynəlxalq Astronomiya İttifaqına müraciət edib.

Bir neçə ay davam edən yazışmalardan sonra Beynəlxalq Astronomiya İttifaqı kiçik planetlərdən birinə İmadəddin Nəsiminin adının verilməsi ilə bağlı qərar qəbul edib. Əyyub Quliyevin ittifaqa üzv olması da bu işdə böyük rol oynayıb.

Bir neçə ilə əvvəl isə Nizami Gəncəvi və Nəsrəddin Tusinin də adları kiçik planetlərə verilib.

Xəbər lenti