Xəzər Xəbər

Bərdə rayonu qızıl güllər diyarına çevrilir VİDEO

Veb TV | 19:03 • 26 May 2019
Bərdə rayonu qızıl güllər diyarına çevrilir

Bərdə rayonu qızıl güllər diyarına çevrilir. Son bir neçə ildə rayon ərazisində yüzminlərlə müxtəlif növdə qızıl gül kolları əkilib. Əsasən yolların kənarları rəngarəng güllərlə doludur.

Rayonun girişindən başlayaraq çıxışına qədər 16 kmməsafədə qızıl güllər əkilib. Kadrlar Bərdədəndir.

Bu çiçəklərin ətiri hər kəsi valeh edir. Məlumata görə güllər artıq rayon ərazisində becərilir və lazımi yerlərdə əkilir. Rayonda böyük bir ərizədə gülçülük təsərrüfatı da yaradılıb. Yaşıllaşdırma idarəsinin balansında olan bu təsərrüfatda yerli və xarici gül tinglərli var.

Görünən bu mənzərə sakinlərin də ürəyincədir. Xüsusilədə bu mövsümdə güllərin açması və ətrafa xoş ətrin yayılması insanda xoş təəsürat yaradır.

Gülərin suvarılması üçün xüsusi olaraq su xətləri çəkilib, qulluq işləri aparılır.

Xəbər lenti