Xəzər Xəbər

Tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək - VİDEO

Veb TV | 19:38 • 25 May 2019
Tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək -

Ölkəmizdə tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, ''Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif edilən dəyişikliyə görə, tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Rəşad Mahmudov qeyd edib ki, dövlət və özəl xəstəxanaları əhatə edəcək akkreditasiya prosesi əhaliyə təqdim ediləcək tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.

Millət vəkili deyib ki, akkreditasiyaya görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Bu proses hər 5 ildən bir həyata keçiriləcək və akkreditasiyadan keçən tibb müəssisələrinə akkreditasiya haqqında şəhadətnamə veriləcək.

O, orta tibb personalı və həkimlərin sertifikasiyası ilə yanaşı, akkreditasiyaya da cəlb edilməsinin vacib olduğunu hesab edir.

Qeyd edək ki, qanun layihəsinə dəyişiklik Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti